Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə əsgər və zabitlərlə görüşüb

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə əsgər və zabitlərlə görüşüb Görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb
Daxili siyasət
15 İyun , 2016 11:14
Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə əsgər və zabitlərlə görüşüb

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova qoşunların təmas xəttində yerləşən Azərbaycan ordusunun bölmələrinə baş çəkib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, E.Süleymanova dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı respublikanın qərb bölgəsində olub.

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb.

Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.

Son xəbərlər

Orphus sistemi