Yuxarı

Ombudsman ATƏT DTİHB-in direktorunu qəbul edib

Görüşün əsas məqsədi Azərbaycanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarət olub

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkədə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Link və onun xüsusi müşaviri Yan O.Haukassı qəbul edib. 

Ombudsman Aparatından "Report"a verilən xəbərə görə, qonaqları Azərbaycan Xarici İşlər Nazirliyinin məsul nümayəndəsi müşayiət edib.

Görüşün əsas məqsədi Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan ibarət olub.

Qonaqları salamlayan müvəkkil artıq 13 ildir Azərbaycanda fəaliyyət göstərən Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti və mandatı barədə geniş məlumat verib. O, təsisatın 2006-cı ildən etibarən BMT İnsan Hüquqları Şurasının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən "A" statusuna layiq görüldüyünü, bu statusun müvəkkilə həmin şuranın sessiyalarında iştirak etmək və bəyanatlarla çıxış etmək səlahiyyətləri verdiyini diqqətə çatdırıb. Müvəkkil təsisatının Avropa və Beynəlxalq Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, həmçinin Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü olduğu vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi