Ombudsman Aparatının loqotipi dəyişdirilir

Ombudsman Aparatının loqotipi dəyişdirilir Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı təsisatın loqotip dizaynının hazırlanması üzrə müsabiqə elan edib.
Daxili siyasət
10 Yanvar , 2022 16:20
Ombudsman Aparatının loqotipi dəyişdirilir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı təsisatın loqotip dizaynının hazırlanması üzrə müsabiqə elan edib.

Ombudsman Aparatından "Report"a bildirilib ki, müsabiqə şərtlərinə əsasən bir iştirakçı tərəfindən müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən 2 ədəd dizayn nümunəsi təqdim oluna bilər. Həmçinin, bu dizaynın məntiqi, forması, rəngi, hərf seçimi və s. əhatə edən 200 sözdən artıq olmayan izahı verilməlidir. İşlərin eskiz layihəsi bu ilin 21 fevralına qədər göndərilməlidir.

Qalib dizaynın müəllifi 700 manat mükafat alacaq, fərqlənən iştirakçılar isə Ombudsman tərəfindən fəxri fərmanla təltif ediləcəklər.

Qeyd edək ki, İnsan hüquq və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2002-ci ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi