Ombudsman Ağdamda minatəmizləyənləri təltif edib

Ombudsman Ağdamda minatəmizləyənləri təltif edib Ağdam rayonunda ərazilərdə minalardan təmizləmə işləri aparan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları rayonda faktaraşdırıcı missiya həyata keçirən nümayəndə heyətinə azad edilmiş torpaqlarımızda işğal zamanı basdırılmış minalar, onların insan həya
Daxili siyasət
17 Sentyabr , 2021 20:48
Ombudsman Ağdamda minatəmizləyənləri təltif edib

Ağdam rayonunda ərazilərdə minalardan təmizləmə işləri aparan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları rayonda faktaraşdırıcı missiya həyata keçirən nümayəndə heyətinə azad edilmiş torpaqlarımızda işğal zamanı basdırılmış minalar, onların insan həyat və sağlamlığına yaratdığı təhlükə, eyni zamanda minatəmizləmə prosesinin gedişatı, əldə olunan nəticələr və ümumi statistika haqqında məlumat veriblər.

Bu barədə "Report" Ombudsman Aparatına istinadən xəbər verir.

Ombudsman Səbinə Əliyeva, təsisatın əməkdaşları və ölkəmizdə səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin üzvləri ANAMA əməkdaşlarının əməyini yüksək qiymətləndirərək, onlara işlərində uğurlar arzu ediblər.

Ombudsman ANAMA-nın bir sıra əməkdaşını işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi əvəzsiz və fədakar xidmətlərinə görə fəxri fərmanlarla təltif edib.

Son xəbərlər

Orphus sistemi