Yuxarı

​MSK Milli Məclisə təyin olunan seçkilərlə bağlı iclas keçirəcək

İclasda MSK nəzdində İşçi Qrupunun yaradılması məsələsi müzakirə olunacaq

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə təyin edilən seçkilərlə bağlı iclas keçirəcək.

Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda seçkilərin keçirilməsi ilə bağlı əsas tədbirlərin müzakirə olunub təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə seçki hüququnu pozan hərəkətlərdən, qərarlardan verilmiş şikayətlərin araşdırılması üçün MSK nəzdində Ekspert Qrupunun yaradılması və namizədlərin qeydə alınması üçün imza vərəqələrində olan imzaların və digər məlumatların yoxlanılması məqsədilə İşçi Qrupunun yaradılmasına dair məsələ müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi