Yuxarı
    Bağlamaq

    “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daha bir tarixi abidə əlavə edilib

    Qərarı baş nazir Artur Ras-zadə imzalayıb

    Bakı. 28 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. “Report” xəbər verir ki, həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavəyə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daha bir tarixi abidə əlavə edilib.

    Beləliklə, Tərtər çayı üzərində yerləşən VII-IX əsrlərə aid körpü (Bərdə rayonu ərazisindədir) ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında daxil edilib.

    Qeyd edək ki, qərarı baş nazir Artur Ras-zadə imzalayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi