Yuxarı
    Bağlamaq

    Olimpiya çempionu Radik İsaevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib

    İlham Əliyev Radik İsaevə Azərbaycan prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

    "Report" xəbər verir ki, dövlət başçısı sərəncəma əsasən, “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına uyğun olaraq, XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Radik Veleddin İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verib.

    Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi