OECD tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə davam edir

OECD tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə davam edir OECD ilə uğurlu əməkdaşlığın təzahürü kimi həmin təşkilat tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə üzrə sorğu vərəqəsi cavablandırılmaqla, OECD-yə təqdim olunub
Daxili siyasət
1 İyun , 2021 11:00
OECD tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizin prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlığını davam etdirir.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013- cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə etmişdir. Xüsusilə qeyd edilməlidir ki, monitorinqlər çərçivəsində milli qanunvericilikdə dövlət orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaşlara göstərilən xidmət meyarlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli dəyişikliklər edilib.

OECD ilə uğurlu əməkdaşlığın təzahürü kimi həmin təşkilat tərəfindən ölkəmizdə keçirilən 5-ci raund pilot qiymətləndirmə üzrə sorğu vərəqəsi cavablandırılmaqla, OECD-yə təqdim olunub.

Pilot qiymətləndirmə prosedurunun növbəti mərhələsi kimi, 17-31 may 2021-ci il tarixlərdə OECD-nin müvafiq heyəti tərəfindən dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə onlayn platforma vasitəsilə virtual müsahibələr həyata keçirilmiş, nümayəndələr müsahibələrə vahid mərkəzdən-Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasından qoşulublar.

Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator- Baş Prokuror Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb, hazırki monitorinq prosesinin ölkəmiz üçün əhəmiyyətini qeyd edib.

Virtual müsahibələr Azərbaycan Respublikası Prokurorluğunun müvafiq struktur qurumlarının, 16 fərqli dövlət qurumununun, eləcə də paylarının (səhmlərinin) nəzarət səhm zərfi dövlətə məxsus 10 hüquqi şəxsin 90-dan artıq nümayəndəsinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, virtual müsahibələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi, Milli Məclisinin deputatları, hakimlər, Məhkəmə-Hüquq Şurasının, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Virtual müsahibələr ölkəmizin korrupsiyaya qarşı mübarizə strategiyası fonunda, milli iqtisadiyyat, prokurorluq və məhkəmə orqanlarının fəaliyyəti də daxil olmaqla 13 fərqli mövzu üzrə aparılmış, ekspert heyətinin sualları müvafiq qurumların nümayəndələri tərəfindən cavablandırılıb.

Tədbirin sonunda ölkəmiz tərəfindən monitorinq prosesinə göstərilən diqqət OECD-nin nümayəndə heyəti tərəfindən təqdir edilərək, virtual müsahibələr zamanı yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə minnətdarlıq edilib.

Hazırda ölkəmiz üzrə monitorinq prosesi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi