Nyu-Meksikoda sərnişin avtobusu yük maşını ilə toqquşub, 4 nəfər ölüb, daha 30-u yaralanıb - VİDEO

Nyu-Meksikoda sərnişin avtobusu yük maşını ilə toqquşub, 4 nəfər ölüb, daha 30-u yaralanıb - VİDEO Bakı. 31 avqust. REPORT.AZ/ Birləşmiş Ştatların Nyu-Meksiko ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, daha 30-u yaralanıb.
Daxili siyasət
31 Avqust , 2018 03:23
Nyu-Meksikoda sərnişin avtobusu yük maşını ilə toqquşub, 4 nəfər ölüb, daha 30-u yaralanıb - VİDEO

Bakı. 31 avqust. REPORT.AZ/ Birləşmiş Ştatların Nyu-Meksiko ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, daha 30-u yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, yol qəzası ştatın qərbində yerləşən Toro şəhəri yaxınlığında baş verib. İçərisində 47 nəfərin olduğu avtobus Nyu-Meksikoda yerləşən Albukerke şəhərindən Feniksə (Arizona ştatı) gedirmiş. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi