Yuxarı

​Müsavat MNTK-nın sabiq üzvü Qubad İbadoğlunun təşkilatına üzv olub

Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Bu barədə "Report"a təşkilatdan məlumat verilib.

Toplantının gündəliyində Təşkilat Komitəsinin görəcəyi işlərin əsas istiqamətlərinin müəyyənləşdirilməsi və üzvlər arasında iş bölgüsünün aparılması, TK-nın Əsasnaməsinin müzakirəsi, təşkilati məsələlər və cari məsələlər olub. Birinci məsələ müzakirə edilərək TK-nın təşkilatlanma, KİV və sosial şəbəkələrlə işləmək, təbliğat-təşviqat, ictimai-siyasi təşkilatlarla əlaqələr, TK-nın gördüyü işlərin sənədləşdirilməsi, maliyyə-inzibati istiqamətlərində görüləcək işlər müəyyənləşdirilib və həmin istiqamətlər üzrə TK-nın sədr müavinləri və TK üzvləri arasında iş bölgüsü aparılıb. Daha sonra TK-nın Əsasnaməsinin layihəsi müzakirə edilib və əsas olaraq qəbul olunub. Eyni zamanda, hərəkata üzvlüklə bağlı ərizə və anket forması təsdiq edilib.

Təşkilati məsələlərdə Müsavat Partiyası MNTK-nın keçmiş üzvü Etibar Bayramlının ADR-ə üzvlüklə bağlı ərizəsinə baxılıb və o, yekdilliklə təşkilatın sıralarına qəbul olunub.

Sonda cari məsələlərə baxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi