Yuxarı

Novruz Məmmədov: "I Avropa Oyunları həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq"

Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar

Bakı. 11 İyun. REPORT.AZ/ "I Avropa Oyunları həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq". "Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, sabah bütün dünya I Avropa Oyunlarının Ana Vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq: "Bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq. Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar".

Onun fikrincə, bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxindan tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək: "Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər. Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!".

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi