"Dövlətimizin başçısı
"Report" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlət başçısının növbəti əfv Sərəncamı ilə bağlı danışarkən bildirib.
V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin ölkə vətəndaşlarını koronavirus pandemiyasından etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar təqdir olunur, insan hüquq və azadlıqlarının qorunmasının, onların yüksək rifahının təmin edilməsinin prioritetliyini bir daha təsdiq edir: "Bu çağırışlar artıq günümüzün əsas tələbləri sırasındadır: Özümüzü, böyüklərimiz qoruyaq, əzizlərimizə dəstək olaq. Dövlətimizin başçısı İlham Əliyevin məlum əfv Sərəncamının sevincini yaşayan əfv olunan şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Dövlət öz vətəndaşlarının bütün hüquq və azadlıqlarını qoruyur, təmin edir. Hər birimizin vətəndaşlıq borcu isə budur ki, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımıza hörmətlə yanaşaq, onların tələblərinə dönmədən əməl edək".
Baş redaktor bildirib ki, bu günümüz üçün əsas vəzifəmiz koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsinə dəstəyimizi göstərməkdir: "Əsas dəstək "Biz birlikdə güclüyük" prinsipini öndə saxlamaqla karantin qaydalarının tələblərinə əməl etmək, ətrafımızı bu xəstəliyə yoluxmadan xilas etmək olmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin daha riskli yaş qrupu olaraq 65 yaşdan yuxarı vətəndaşlarımızın qayğısına qalması, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarında da onların evdə olmasının bir tələb kimi irəli sürülməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Onların gündəlik tələbatlarının ödənilməsi ilə bağlı zəruri ərzaq və avadanlıqlar, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və sair kimi məsələlər dəstəklə təmin olunur. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti
Diqqəti ulu öndər
V.Rəhimzadə sənədin icrasının başa çatdığını önə çəkərək bildirib ki, Prezident İlham Əliyev atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, onların qayğısına qaldığını bir daha təsdiq etdi: "Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin humanist addımları səhv etmiş insanlara həyatda yeni şansın verilməsinə, onların həyatın, azadlığın dəyərini dərk etmələrinə, səhvlərindən nəticə çıxarıb düzgün yola qayıtmalarına böyük dəstəkdir. Mərhəmətlilik, xeyirxahlıq, bağışlamaq kimi prinsipləri həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövlətinin bu addımları, eyni zamanda demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir".