​Müsavat Partiyasının Məclis üzvü növbədənkənar qurultayın keçirilməsini təklif edib

​Müsavat Partiyasının Məclis üzvü növbədənkənar qurultayın keçirilməsini təklif edib "Müsavat Partiyasının rəhbərliyi üzvlərlə davranışlarda inzibatçı metodlardan istifadə etməməlidirlər"
Daxili siyasət
5 May , 2015 17:21
​Müsavat Partiyasının Məclis üzvü növbədənkənar qurultayın keçirilməsini təklif edib

Bakı. 5 may. REPORT.AZ/ Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli partiyanın növbədənkənar qurultayının keçirilməsini təklif edib.

S.Məmmədli "Report"a açıqlamasında deyib ki, Müsavat Partiyasının hazırkı rəhbərliyinin apardığı siyasətlə müsavatçıların əksəriyyəti razı deyil: "Narazılıq gündən-günə artır. Partiya rəhbərliyinin yürütdüyü inzibatçılıq sistemi hər kəsi narahat edir. Bu cür siyasətin tətbiqi ilə necə razılaşmaq olar? Partiya rəhbərliyi üzvlərlə davranışlarda inzibatçı metodlardan istifadə etməməlidirlər. Biz yeni başqan seçdikdən sonra gözlədik, onlara şərait yaratdıq ki, imkanlarını ortaya qoysunlar. Təəssüflər olsun ki, müsbət nəticə ortaya qoya bilmədilər".

Məclis üzvü Müsavat rəhbərliyini "demokrat libasında olan inzibatçılar" adlandırıb: "Bu cür idarəçiliklə hara qədər getmək olar?! Bunlar demokratik idarəçiliyi dərk etmirlər, elə bilirlər ki, partiya üzvlərinin səslərini qazanıblarsa, nə istəyirlərsə, edə bilərlər. Bu, doğru yanaşma deyil. Proseslər növbədənkənar qurultayın keçirilməsinə doğru gedir. Təəssüflər olsun ki, bu təklifi verməyə məcburuq".

Son xəbərlər

Orphus sistemi