Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda dəyişiklik edilib

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda dəyişiklik edilib Çıxarış real vaxt rejimində əldə ediləcək
Daxili siyasət
15 Fevral , 2018 07:11
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda dəyişiklik edilib

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə ediləcək.

Son xəbərlər

Orphus sistemi