Nöqsanlara görə işdən çıxarılan polis rəisinə yeni vəzifə verilib

Nöqsanlara görə işdən çıxarılan polis rəisinə yeni vəzifə verilib Daxili işlər orqanlarında kadr təyinatı olub
Daxili siyasət
6 Dekabr , 2016 16:25
Nöqsanlara görə işdən çıxarılan polis rəisinə yeni vəzifə verilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin keçmiş rəisi polis polkovnik-leytenantı Mahir Məmmədov yenidən daxili işlər orqanlarında işə bərpa edilib. Keçmiş polis rəisi bundan sonra Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edəcək.

Qeyd edək ki, M.Məmmədov işində yol verdiyi nöqsanlara görə bir neçə ay əvvəl sərəncama göndərilmişdi.

Son xəbərlər

Orphus sistemi