Bakının Nizami rayonunda liftlər pilot layihə çərçivəsində yenilənir

Bakının Nizami rayonunda liftlər pilot layihə çərçivəsində yenilənir Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Nizami rayonunda yaşayış binalarında liftlər pilot layihə çərçivəsində yenilənir.
Daxili siyasət
22 Yanvar , 2019 11:27
Bakının Nizami rayonunda liftlər pilot layihə çərçivəsində yenilənir
0 : 00
0 : 00

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Nizami rayonunda yaşayış binalarında liftlər pilot layihə çərçivəsində yenilənir.

“Report” xəbər verir ki, bu işlər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nizami rayonunda işlər başa çatdıqdan sonra digər rayonlarda  da yaşayış binalarının liftləri yenilənəcək.

Qeyd olunub ki, binaların damındakı su çənlərinin götürülməsi liftlərin yenilənməsi əlaqədardır, həmin ərazi 24 saat içməli su ilə təmin olunur: “Binaların damındakı su çənlərinin əksəriyyəti yararsız vəziyyətdədir. Ona görə də bəzi hallarda su liftlərin şaxtasına axır, bu da liftlərin sıradan çıxmasına gətirib çıxarır”, – məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi