Nizami rayonunda istirahət parkı təmir olunaraq istifadəyə verilib

Nizami rayonunda istirahət parkı təmir olunaraq istifadəyə verilib Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 ünvanındakı məhəllələrarası parkda yenidənqurma işləri aparılıb və əsaslı təmir olunub.
Daxili siyasət
108
31 Oktyabr , 2018 15:23
Nizami rayonunda istirahət parkı təmir olunaraq istifadəyə verilib
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 ünvanındakı məhəllələrarası parkda yenidənqurma işləri aparılıb və əsaslı təmir olunub.

Bu barədə “Report”a rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar rayon rəhbərliyinin, xidmət sahələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə parkın istifadəyə verilmə mərasimi keçirilib. Eyni zamanda parkda əhali ilə səyyar görüşlər çərçivəsində həyata keçirilən “Açıq mikrofon” təşkil olunub. Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət başçısının tapşırığına əsasən ölkədə aparılan abadlıq-quruculuq işlərindən, həmçinin bu istiqamətdə rayonda həyata keçirilən layihələrdən danışıb, sakinlərin rahat istirahətini təmin etmək məqsədilə bir çox ərazilərdə müasir yeni abad məhəllələr salındığını qeyd edib.

A.Qasımov vurğulayıb ki, Q.Qarayev prospekti 71 ünvanında sahəsi 0,4 ha olan park əsaslı təmir olunub, 100 ədəd yeni ağac və kol əkilib, 2400 m2 qazon döşənib, 20 oturacaq və iki yerdə söhbətgah qoyulub. Eyni zamanda uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları və idman qurğuları, həmçinin şahmat meydançası quraşdırılıb.

Bunlardan əlavə, parkətrafı ərazilərə yeni asfalt, parkdaxili gediş ərazisinə isə 1664 m2 tamet və 1472 metr səki daşları döşənib, yeni işıqlandırma sistemi quraşdırılıb. Həmçinin parkın yaxınlığındakı 5 mərtəbəli yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir olunub.

“Açıq mikrofon” şəraitində davam edən tədbirdə sakinlərin şikayət və təklifləri dinlənilib. Sakinlər C.Naxçıvanski küçəsi 61, Rüstəmov küçəsi 56, 58 ünvanlarındakı binaların həyətlərinin abadlaşdırılması, Q.Qarayev prospekti 73 ünvanındakı binanın fasadının və dam örtüyünün təmiri, Rüstəmov küçəsi 72a ünvanında inşa olunmuş yüksəkmərtəbəli binanın mənzillərinin özəlləşdirilməsinə köməklik göstərilməsi kimi məsələlərlə rayon rəhbərliyinə müraciət ediblər.

Daha sonra sakinlərin istək və arzuları dinlənilib, problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşiriqlar verilib.

Son xəbərlər

Orphus sistemi