Azərbaycanın yaradıcı və istedadlı gəncləri mükafatlandırılıb

Azərbaycanın yaradıcı və istedadlı gəncləri mükafatlandırılıb Azad Rəhimov: "2015-ci il Azərbaycan gəncləri üçün işgüzar, uğurlu il olub"
Daxili siyasət
2 Fevral , 2016 19:53
Azərbaycanın yaradıcı və istedadlı gəncləri mükafatlandırılıb

Bakı. 2 fevral. REPORT.AZ/ Nizami Kino Mərkəzində 2 fevral - Gənclər günü ilə əlaqədar yaradıcı və istedadlı gənclərin mükafatlandırılması mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin üzvləri, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, 2 fevral ənənəvi olaraq hesabat günüdür: "Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Bu sahədə ardıcıl və davamlı layihələr həyata keçirilir. Hüquqi baza formalaşıb və təkmilləşir. 2025-ci ilədək dövrü əhatə edən gənclərin inkişaf strategiyası bütün kateqoriyadan olan gənclərin maraqlarını diqqətdə saxlayıb".

Nazir əlavə edib ki, 2015-ci il Azərbaycan gəncləri üçün işgüzar, uğurlu il olub: "Eyni zamanda, keçən il gənclərə sosial xidmət göstərən müəssisələrin əhatə dairəsi genişlənib. Hazırda Bakı və regionlarda ümumi olaraq 34 Gənclər evi istifadəyə verilib".

A.Rəhimov sonda gənclərə Azərbaycanın inamlı gələcəyinin quruluşunda fəal iştirakçılıq arzulayıb.

Tədbirin davamında yaradıcı və istedadlı gənclər mükafatlandırılıb.

Mərasim bayram konserti ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi