Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kollektivi ümumilli lider
Mərkəzdən "Report"a verilən məlumata görə, ziyarət mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri Nazim İbrahimov da iştirak edib.
Mərkəzin kollektivi Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi xarici ölkələrin hökumətləri, hökumətlərarası təşkilatlar və nüfuzlu ictimai qurumlarla müxtəlif mövzularda sıx əməkdaşlıq edir. Mərkəzin tanınmış görkəmli siyasi xadimlərdən, sabiq dövlət və hökumət başçılarından ibarət idarə heyətinin üzvlərinin bir çoxunun ümumilli liderlə şəxsi dostluq əlaqələri olub.

