Bakıda bəzi yollarda işıqforların işləməməsinin səbəbi açıqlanıb

Bakıda bəzi yollarda işıqforların işləməməsinin səbəbi açıqlanıb Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Gənclik və 28 may metroları ətrafında bəzi yollarda işıqforların işləməməsinə aydınlıq gətirib.
Daxili siyasət
24 Yanvar , 2025 10:32
Bakıda bəzi yollarda işıqforların işləməməsinin səbəbi açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Gənclik" və "28 may" metrostansiyaları ətrafında bəzi yollarda işıqforların işləməməsinin səbəbinə aydınlıq gətirib.

Qurumdan "Report"a bildirilib ki, qeyd olunan yollarda işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub:

"Aidiyyəti dövlət qurumu tərəfindən qısa zamanda elektrik enerjisinin verilişi bərpa olunub və hazırda işıqforlar tam işlək vəziyyətdədir".

Son xəbərlər

Orphus sistemi