Yuxarı
    Bağlamaq

    Abid Şərifov: "Nəvəm qorxaraq zəng etdi ki, baba sənə nə olub"

    Hər bir insan xəstələnə bilər© Report.az

    Bakı. 28 aprel. REPORT.AZ/ "Hər bir insan xəstələnə bilər".

    “Report” xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

    Onun sözlərinə görə, xəstələnmək vəzifəsindən, durumundan asılı olmayaraq baş verir: "Maraqlıdır, kimsə xəstələnəndə, kiminsə başına hadisə gələndə bunu insanlara çatdırmaq üçün sevinirik? Mənim yaşım az deyil. Yazmışdılar ki, guya ölümcül halda ürək əməliyyatı üçün xaricə aparılmışam. Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub. Ona görə də xahiş edərdim ki, məlumat yazanda gərək insanlara qarşı etik normaları qorusunlar. Ən azından adi normalara uyğun məlumat yaysınlar”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi