Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib

Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib Daxili işlər orqanlarında yeni təyinat olub
Daxili siyasət
5 Avqust , 2016 10:56
Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

“Report” xəbər verir ki, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Nəriman İmanov vəzifəsindən azad edilib.

O, nazirin imzaladığı digər əmrlə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəisi təyin olunub.

Xatırladaq ki, Nərimanov RPİ-nin əvvəlki rəisi İsmayıl Əsədov keçən ay vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi