Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiqlənib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
12 Yanvar , 2018 20:02
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiqlənib
Report

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiqlənib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Bunlar aşağıdakılardır:

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı (şöbələr və sektorlar).

2. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti.

3. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi.

4. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi.

5. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti.

6. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.

Son xəbərlər

Orphus sistemi