Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Arif Əsgərovun nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Arif Nəriman oğlu Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər A.Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.