Neftçalada 359 nəfər ilk dəfə səsvermədə iştirak edib - FOTO

Neftçalada 359 nəfər ilk dəfə səsvermədə iştirak edib - FOTO Saat 12:00-a qədər 14 449 nəfər səsvermə hüququndan istifadə edib
Daxili siyasət
26 Sentyabr , 2016 14:22
Neftçalada 359 nəfər ilk dəfə səsvermədə iştirak edib - FOTO

Neftçala.26 sentyabr.REPORT.AZ/ Neftçala rayonunda referendum üzrə səsvermə davam edir. 
61 saylı Neftçala Dairə Seçki Komissiyasının  sədri Şaiq Məmmədovun “Report”un Aran bürosuna verdiyi məlumata görə, Neftçalada referendumun şəffaf və demokratik keçməsi üçün bütün şərait yaradılıb.
Rayonda təşkil olunan 61 saylı Neftçala seçki dairəsi üzrə fəaliyyət göstərən 41 məntəqə texniki avadanlıqlarla təchiz olunub. Beş məntəqədə veb-kameralar quraşdırılıb.
Dairə üzrə 41 565 nəfər seçici siyahıya daxil edilib. Seçicilər Konstitusiyada edilmiş əlavə və dəyişikliklərə sərbəst və heç bir təsir olmadan öz münasibətlərini bildirirlər.

Dairə və məntəqələrdə 422 nəfər yerli müşahidəçi referendumun gedişini izləyir. Saat 12:00-a olan məlumata əsasən seçicilərin 14 449 nəfəri səsvermə hüququndan istifadə edib ki, bu da seçicilərin 34,8 faizini təşkil edir.

Ümumxalq səsverməsində 18 yaşı tamam olan 359 nəfər ilk dəfə səsvermədə iştirak edib. 

Son xəbərlər

Orphus sistemi