Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazanıb

Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazanıb Gənclər və İdman Nazirliyinin himayəyə götürərək müavinət ayırdığı, erməni terrorundan zərər çəkmiş gənc Sevil Əliyeva tələbə adını qazanıb.
Daxili siyasət
15 Sentyabr , 2021 15:39
Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazanıb

Gənclər və İdman Nazirliyinin himayəyə götürərək müavinət ayırdığı, erməni terrorundan zərər çəkmiş gənc Sevil Əliyeva tələbə adını qazanıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu münasibətlə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də, 1 və 2 saylı Uşaq-Gənclər İdman Şahmat məktəblərinin direktorları Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Sevillə görüşüblər. Onlar S.Əliyevanı təbrik edərək, ona ali təhsilində uğurlar arzulayıblar.

Qeyd edək ki, Sevil Əliyeva Gəncə şəhərində yerləşən və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Dövlət Aqrar Universitetində Marketinq ixtisası üzrə təhsil alacaq.

2020-ci ilin oktyabr ayının 11-də Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalması nəticəsində Sevil valideynlərinin hər ikisini itirib.

Son xəbərlər

Orphus sistemi