Yuxarı

Nazirliklərdən birinin adı dəyişdirilib, nazir vəzifəsinə təyinat olub

Prezident İlham Əliyev sərəncam imzalayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi