Nazirlər Kabinetinin əvvəlki saytı fəaliyyətini dayandırıb

Nazirlər Kabinetinin əvvəlki saytı fəaliyyətini dayandırıb Əvvəlki www.cabmin.gov.az ünvanı artıq fəaliyyət göstərmir.
Daxili siyasət
1037
28 Avqust , 2020 10:43
Nazirlər Kabinetinin əvvəlki saytı fəaliyyətini dayandırıb

Nazirlər Kabinetinin rəsmi saytının əvvəlki ünvanda fəaliyyəti dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Hörmətli jurnalistlər və vətəndaşlar, Nazirlər Kabinetinin rəsmi saytına daxil olmaq üçün www.nk.gov.az ünvanından istifadə etmənizi xahiş olunur. Əvvəlki www.cabmin.gov.az ünvanı artıq fəaliyyət göstərmir”, - əlavə edib.

Orphus sistemi