Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb

Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb.
Daxili siyasət
30 Oktyabr , 2018 17:45
Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb.

“Report” xəbər verir ki, kabinetin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov yaş həddi ilə əlaqədar vəzifədən azad olunub.  

Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Fətəliyev vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Səriyyə Əzimova isə öz ərizəsi əsasında işdən çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi