Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb - SİYAHI

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb - SİYAHI Nazirlər Kabinetində (NK) aparılan struktur dəyişikliklərinin detalları məlum olub.
Daxili siyasət
2 Dekabr , 2019 17:40
Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb - SİYAHI
Nazirlər Kabineti

Nazirlər Kabinetində (NK) aparılan struktur dəyişikliklərinin detalları məlum olub.

"Report" xəbər verir ki, dəyişikliklərdən sonra NK-da Baş Nazirin I müavininin xidməti, Baş Nazirin müavinlərinin xidmətləri, Aparat rəhbərinin xidməti yaradılıb.

Bundan başqa, İqtisadiyyat, Xarici iqtisadi əlaqələr, Beynəlxalq əməkdaşlıq şöbələri təsis olunub.

Hüquq şöbəsi ləğv edilərək onun yerində Hüquq və qanunvericilik şöbəsi yaradılıb. Həmçinin Humanitar və sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər və Humanitar məsələlər şöbələri təsis olunub.

NK-nın Beynəlxalq əlaqələr şöbəsinin adı dəyişdirilərək Beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.

NK-nın Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi də ləğv olunub. Onun yerində Aqrar və ekologiya şöbəsi və Regionların inkişafı şöbəsi təsis edilib.

Sənaye və energetika məsələləri şöbəsinin adı dəyişdirilərək Sənaye və energetika şöbəsi adlandırılıb.

NK-nın Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi də ləğv olunub. Onun yerində isə Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi təsis edilib.

Kabinetin Təhlükəsizlik və müdafiə şöbəsinin adı da dəyişdirilib və əvəzinə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi də ləğv olunub. Bunun əvəzinə yeni Ümumi şöbə təsis edilib.

Nazirlər Kabinetinin İşlər müdirinin adı dəyişdirilib və İşlər İdarəsi adlandırılıb.  

Yeni strukturda Mətbuat xidməti olduğu kimi saxlanılıb.

Son xəbərlər

Orphus sistemi