Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının səkkizinci iclası keçirilib.
Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri
O, iclasın əsas məqsədinin Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunacaq İkinci Könüllü Milli Hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə yeni qurumların nümayəndələrinin daxil edilməsi məsələləri olduğunu deyib.
İkinci Könüllü Milli Hesabatın təqdimatının hazırlanması barədə məlumat verən Baş Nazirin müavini bildirib ki, Azərbaycan
Sonra gündəlikdəki hər iki məsələ ilə bağlı Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təqdimat edib. Təqdimatdan sonra Şura üzvlərinin çıxışları olub. İclasda Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyi bildirilib.
Sonda İkinci Könüllü Milli Hesabat, həmçinin Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin daxil edilməsi məsələsi Şura tərəfindən təsdiqlənib.