Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb

Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb “Xüsusi karantin rejimi yumşaldılandan sonra maskalara diqqət artıb”.
Daxili siyasət
22 May , 2020 18:20
Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb

“Xüsusi karantin rejimi yumşaldılandan sonra maskalara diqqət artıb”.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“24 milyondan artıq tibbi maska satışa çıxarılıb. Fevralın ortalarından indiyədək 18 milyon maska satılıb. Hazırda 6 milyon ehtiyat maskamız var. Ayın sonunadək 10 milyon civarında maska idxal olunacaq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi