Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb

Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Daxili siyasət
15 Yanvar , 2019 09:40
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov tutduğu vəzifədən azad edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, məlum təyinatla bağlı ilk xəbəri "unikal.org" saytı yayıb.

Xatırladaq ki, S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini təyin olunmazdan əvvəl də Əlahiddə Çevik Polis Alayının komandiri olub.

 Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi