Nazir: "Yuxarı siniflərdə təmayülləşmə prinsipinin tətbiqini planlaşdırırıq"

Nazir: "Yuxarı siniflərdə təmayülləşmə prinsipinin tətbiqini planlaşdırırıq" "Bu gün dövlət məktəbləri ilə özəl məktəblər arasında natarazlıq yaranıb"
Daxili siyasət
6 May , 2015 17:12
Nazir: Yuxarı siniflərdə təmayülləşmə prinsipinin tətbiqini planlaşdırırıq

Bakı. 6 may. REPORT.AZ/ “Bu gün Azərbaycanda 4 481 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Lakin mühüm məqam odur ki, bu gün dövlət məktəbləri ilə özəl məktəblər arasında natarazlıq yaranıb. Ona görə də bazarda boşluq var”. “Report”un xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Caspian European Club”un üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanın ümumtəhsil sistemində 1,3 milyona yaxın şagird təhsil alır, onlardan təxminən 10 mini özəl məktəblərdə oxuyur: “Bu da ümumi göstəricinin 1 faizindən də azdır. Biz əgər təhsilə hansısa məhsul kimi baxsaq, özəl sektora aid məktəblərin ixtiyarında olan resursların dövlət məktəblərinin ixtiyarında olan resurslarla eyni vəziyyətdə olmadığını görərik. Bu da təbiidir və kimisə günahlandırmaq olmaz. Əsas məsələ hansı resurslarla hansı nəticələrin göstərildiyini real şəkildə qiymətləndirməkdir. Bunun üçün lazımi strategiyalar hazırlanıb və tədbiq olunur. Ona görə də gələcəkdə orta məktəblərin yuxarı siniflərində təmayülləşmə prinsipinin tətbiqini planlaşdırırıq”.

Son xəbərlər

Orphus sistemi