Nazir müavini: "Postmünaqişə dövründə tarixi-mədəni abidələrin bərpası əsas hədəfimizdir"

Nazir müavini: "Postmünaqişə dövründə tarixi-mədəni abidələrin bərpası əsas hədəfimizdir" "Ermənistanın işğalından azad edilən ərazilərdə tarixi-mədəni abidələr yerlə-yeksan edilib. Təəssüflər olsun ki, bunun yeganə izahı Azərbaycan xalqına qarşı etnik nifrət hissidir".
Daxili siyasət
157
24 Noyabr , 2021 15:39
Nazir müavini: Postmünaqişə dövründə tarixi-mədəni abidələrin bərpası əsas hədəfimizdir
Elnur Məmmədov

"Ermənistanın işğalından azad edilən ərazilərdə tarixi-mədəni abidələr yerlə-yeksan edilib. Təəssüflər olsun ki, bunun yeganə izahı Azərbaycan xalqına qarşı etnik nifrət hissidir".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

"Postmünaqişə dövründə sülh mövzularından danışmağımıza baxmayaraq, əvvəlki cinayətlərə düzgün hüquqi qiymətin verilməsi məsələsini gündəmdə saxlayırıq. Azərbaycan tarixi-mədəni abidələrinin dağıdılması məsələsi beynəlxalq ədalət məhkəməsinin qarşısında qaldırılıb. Bizim əsas hədəfimiz işğaldan azad edilən ərazilərdə geniş miqyasda həyata keçirilən bərpa-quruculuq işlərinin mümkün qədər qısa müddətdə yekunlaşmasıdır. Azərbaycan höküməti, Mədəniyyət Nazirliyi tərəfindən keçən ildən başlayaraq ilkin invertarlaşdırma, monitorinq işlərinə başlanılıb. Bu işlər davam etdirilir. Postmünaqişə dövründə tarixi-mədəni abidələrin bərpası, sülh mesajının çatdırılması əsas hədəfimizdir. Bu istiqamətdə səylərimizi davam etdiririk", - o deyib.

Son xəbərlər

Orphus sistemi