Nazir müavini: "İqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsilə aparılır"

Nazir müavini: "İqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsilə aparılır" Son vaxtlar kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya mühitinin əlverişliyinin artırılması sahəsində xeyli işlər görülüb.
Daxili siyasət
20 May , 2019 11:43
Nazir müavini: İqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsilə aparılır
Ədliyyə nazirinin müavini Azər Cəfərov / Report / Elchin Murad

"Son vaxtlar kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya mühitinin əlverişliyinin artırılması sahəsində xeyli işlər görülüb".

"Report"un xəbərinə görə, bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu sahədə qanunvericilik və dövlət dəstəyi mexanizimləri təkminləşdirilib, idxal, ixrac, gömrük, vergi prosedurları sadələşdirilib: "Bunun nəticəsi olaraq beynəlxalq reytinq cədvəllərində bizim mövqelərimiz xeyli yüksəlib və artıq biz dünyanın ən qabaqcıl dövlətləri sırasındayıq".

A.Cəfərov söyləyib ki, bir müddət bundan əvvəl dövlət başçısının sərəncamı ilə biznes mühiti və reytinqlər üzrə xüsusi komissiya yaradılıb: "Komissiyanın tərkibində fəaliyyət göstərən 18 işçi qrup mövcud vəziyyəti, qanunvericiliyi təhlil edib və bir çox mütərəqqi, o cümlədən də məhkəmələrə müraciət imkanlarını asanlaşdıran təkliflər hazırlayıb. Ötən ilin sonunda ölkə başçısının təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişiklilərə əsasən, mülki və iqtisadi mübahisələrə dair işlər üzrə icratın artıq elektron qaydada aparılması, məhkəmə sənədlərinin tərəflərə, proses iştirakçılarına elektron qaydada dərhal ötürülməsi və dövlət rusumlarının elektron qaydada ödənilməsi mümkün olub. Artıq 5 ilə yaxındır ki, iqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsi ilə, digər mülki işlər bu ənənəvi yolla həmin sistemlə aparılır. Bu müddət ərzində məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötmüşdü. Bunun da hardasa 1000 işi iqtisadi mübahisələrdir. Vahid Məhkəmə Portalında məhkəmə prosesi iştirakçısının şəxsi kabneti, elektron icraatın çoxsaylı funksiyalarından da artıq istifadə etmək mümkündür".

Son xəbərlər

Orphus sistemi