Nazir müavini: "Hazırda XİN-də 50-60 vakansiya var"

Nazir müavini: "Hazırda XİN-də 50-60 vakansiya var" "Ötən dövr ərzində nazirlik tərəfindən müfəssəl təhlillər aparılmaqla kadr siyasəti sahəsində mövcud boşluqlar və çatışmazlıqlar aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün işlər aparılıb".
Daxili siyasət
3 Dekabr , 2021 11:44
Nazir müavini: Hazırda XİN-də 50-60 vakansiya var
Elnur Məmmədov

"Ötən dövr ərzində nazirlik tərəfindən müfəssəl təhlillər aparılmaqla kadr siyasəti sahəsində mövcud boşluqlar və çatışmazlıqlar aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün işlər aparılıb".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XİN-də diplomatik xidmətə qəbulla bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində nazirlik daxilində komissiya yaradılıb: "Ötən il sentyabrından başlayan daxili müsabiqə çərçivəsində diplomatik xidmət və konsulluqdan geri çağırılmış 75 nəfər diplomatik xidmət və 15 nəfər inzibati texniki xidmət əməkdaşının şəffaf sistemli müsabiqələr vasitəsilə nazirlikdə müvafiq vakansiyalara yenidən bərpa edilməsi təmin edilib. Eyni zamanda daxili müsabiqə komissiyaları tərəfindən təşkil edilən müsabiqələr vasitəsilə 62 nəfər diplomatik xidmət, 40 nəfər isə inzibati texniki xidmət həyata keçirən əməkdaşı Azərbaycanın xaricdəki konsulluqlarına və diplomatik nümayəndəliklərinə ezam olunub".

"İşə qəbul iki mərhələdən ibarətdir, birinci mərhələdə test və esse tipli tapşırıqlar DİM tərəfindən təşkil olunur və bu yazılı imtahandır. Daha sonra nəticələr DİM tərəfindən XİN-ə təqdim olunacaq. İmtahandan keçən şəxslər müsahibə mərhələsinə keçəcək və bu mərhələdə Daxili Müsabiqə Komissiyası namizədləri yoxlayacaq. Onların dünyagörüşü yoxlanılacaq, onlara Azərbaycanın mədəniyyəti, dövlət siyasəti, tarixi barədə suallar veriləcək. Müsahibə prosesi videoçəkiliş vasitəsilə qeydə alınacaq. Bu mərhələdən keçən namizədlər sınaq müddəti keçəcək, daha sonra işə qəbul olunacaq. İmtahanlar hər bir namizəd üçün bərabər şərait yaradılmaqla baş tutacaq", - nazir müavini qeyd edib.

O vurğulayıb ki, XİN-də vakansiya sayı mütəmadi dəyişir: "Hazırda XİN-də 50-60 vakansiya var".

Son xəbərlər

Orphus sistemi