Nazir müavini: "Gənclərin sağlamlığı və məşğulluğu diqqət mərkəzində olacaq"

Nazir müavini: "Gənclərin sağlamlığı və məşğulluğu diqqət mərkəzində olacaq" "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasına başlanılıb
Daxili siyasət
6 Oktyabr , 2017 11:31
Nazir müavini: Gənclərin sağlamlığı və məşğulluğu diqqət mərkəzində olacaq
Gənclər və idman nazirinin müavini İntiqam Babayev / Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının hazırlanmasına 100-ə yaxın dövlət qurumu, nazirliklər və beynəlxalq təşkilatlar cəlb olunub". 

"Report" xəbər verir ki, bunu proqramın icrasına həsr olunmuş tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, yeni proqramın həyata keçirilməsində bir çox qurumun üzərinə böyük məsuliyyət düşür.

Nazir müavini əlavə edib ki, ötən dövlət proqramına 60 milyona yaxın vəsait xərclənib: "Ötən dövlət proqramı çərçivəsində 675 tədbir keçirilib ki, onlardan 121-i beynəlxalq səviyyəli olub. Orta hesabla 2000-ə yaxın gəncin mübadiləsi aparılıb. Yeni proqram çərçivəsində bu işlərin əhatə dairəsi genişlənəcək. Gənclərin sağlamlığı və məşğulluğu diqqət mərkəzində olacaq". 

Son xəbərlər

Orphus sistemi