Nazir müavini: "Azərbaycan saxlanılan bütün şəxslərlə hümanist rəftar edir"

Nazir müavini: "Azərbaycan saxlanılan bütün şəxslərlə hümanist rəftar edir" "Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması ilə bağlı vəsatətini rədd etməklə Azərbaycanı cinayət mühakimə sisteminə, cinayət-prosessual
Daxili siyasət
136
8 Dekabr , 2021 12:06
Nazir müavini: Azərbaycan saxlanılan bütün şəxslərlə hümanist rəftar edir

"Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması ilə bağlı vəsatətini rədd etməklə Azərbaycanı cinayət mühakimə sisteminə, cinayət-prosessual qanunvericiliyinə, icraatda olan bu proseslərə və onların nəticələrinə töhfəsini verdi”.

“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Yəni bu prosesdə hər hansı müdaxilə edilməmişdi. Eyni zamanda, məhkəmə Azərbaycanda saxlanılan bütün şəxslərlə hümanist rəftar edilmənin, onların bu proseslər çərçivəsində qanun qarşısında bərabərliyin təmin edilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın bu öhdəliklərə daim əməl etdiyini, hələ məhkəmə dinləmələri zamanı məhkəməyə bildirib. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən bütün saxlanılan şəxslərə müntəzəm görüşlərin təşkil edildiyi, onların mütəmadi olaraq, müayinələrdən keçirildiyi və ümumilikdə təhlükəsiz bir şəraitdə saxlanıldığı məhkəmənin diqqətinə çatdırılıb”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi