Nazir Hüseynqulu Bağırov "Şöhrət” ordeni ilə təltif edilib

Nazir Hüseynqulu Bağırov "Şöhrət” ordeni ilə təltif edilib O, Azərbaycanda təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif edilib
Daxili siyasət
16 Dekabr , 2015 16:01
Nazir Hüseynqulu Bağırov Şöhrət” ordeni ilə təltif edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, H.Bağırov Azərbaycanda təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə ABŞ-ın Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə ticarət naziri vəzifəsində işləyib. 2001-ci ildən ekologiya və təbii sərvətlər naziridir. 

2005-ci ildə Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti seçilib.

Son xəbərlər

Orphus sistemi