Nazir: "Bütün kateqoriyalardan olan şəxslərin normal və azad şəkildə səs verməsi üçün şərait yaradılıb"

Nazir: "Bütün kateqoriyalardan olan şəxslərin normal və azad şəkildə səs verməsi üçün şərait yaradılıb" Bakı. 11 aprel. REPORT.AZ/ Həmişə olduğu kimi, bu gün də Azərbaycanda tam demokratik şəraitdə prezident seçkiləri keçirilir. Bütün kateqoriyalardan olan şəxslərin normal və azad şəkildə səs verməsi üçün bütün şərait yaradılıb.
Daxili siyasət
11 aprel 2018 08:27
Nazir: Bütün kateqoriyalardan olan şəxslərin normal və azad şəkildə səs verməsi üçün şərait yaradılıb
Əmək və əhalinin sosial naziri Səlim Müslümov / Report/ Elchin Murad

Bakı. 11 aprel. REPORT.AZ/ "Həmişə olduğu kimi, bu gün də Azərbaycanda tam demokratik şəraitdə prezident seçkiləri keçirilir. Bütün kateqoriyalardan olan şəxslərin normal və azad şəkildə səs verməsi üçün  bütün şərait yaradılıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial naziri Səlim Müslümov deyib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin, seçki məntəqələrinə gəlmək üçün imkanlar olmayan şəxslərin normal şəkildə səs vermələri üçün Mərkəzi Seçki Komissiyası ilə birgə iş aparıb: "Əlil arabasında olan şəxslərin səs verəcəyi məntəqələrdə panduslar quraşdırılıb. Gözdən əlillər üçün isə brayl əlifbası ilə səsvermə bülletenləri çap olunub".

O həmçinin qeyd edib ki, ailəsində 5 nəfərin səs vermə hüququ var: "Hamımız bu seçkilərdə iştirak edirik".

Son xəbərlər

Orphus sistemi