Nazir: “Azərbaycanda meşə örtüyü artır"

Nazir: “Azərbaycanda meşə örtüyü artır" Hüseynqulu Bağırov: "Azərbaycan bu sahədə post-sovet ölkələri arasında birincidir"
Daxili siyasət
30 İyun , 2016 12:16
Nazir: “Azərbaycanda meşə örtüyü artır

Bakı. 30 iyun. REPORT.AZ/ “Azərbaycanda meşə örtüyü artmağa başlayıb". 

“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə nadir ölkələrdəndir və post-sovet ölkələri arasında birincidir: "Azərbaycan bu sahədə Gürcüstandan da xeyli irəlidədir. Meşə örtüyü çox az ölkələrdə təbiidir. Bir çox ölkələrdə meşələşmə hətta azalma ilə davam edir”.

Nazir deyib ki, Azərbaycanda mühafizə olunan ərazi 1 milyon hektarı keçib: “Bu, ölkəmiz üçün nailiyyətdir. Meşələr kifayət qədər yaxşı mühafizə olunurlar”.

H.Bağırov qeyd edib ki, insanlar təbiəti qorumaqda maraqlı olmalıdırlar: “Bu gün bir hektarda 47 qoyunun otarıldığı rayonlar var. Buna torpaq dözərmi?! Əslində, bir hektarda 2-3 qoyun saxlanıla bilər. Bu, sovet dövründə də belə idi”.

Nazir, həmçinin vurğulayıb ki, Azərbaycanda su ehtiyatı nisbətən az olduğundan qənaətlə istifadə olunur.

Son xəbərlər

Orphus sistemi