Nazir: "Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər"

Nazir: "Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər" Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, nazirliyin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri 2 fevral - Gənclər Günü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
Daxili siyasət
1 Fevral , 2019 13:27
Nazir: Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, nazirliyin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri 2 fevral - Gənclər Günü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər. 

"Report"un xəbərinə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilərək məzarı önünə əklil qoyulub, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

A.Rəhimov bildirib ki, bu il Azərbaycanda Gənclər Gününün təsis edilməsinin 25 illik yubileyidir: "Bu gün Azərbaycan gəncliyinin bayramıdır. 1993-cu ilin sentyabr ayında ulu öndərimiz ali sovetdə ilk görüşü məhz gənclərlə keçirib. 1994-cü ildə isə Gənclər və İdman Nazirliyi təsis olunub. Bu gənclər siyasətinin başlanğıcı idi". 

Nazir deyib ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər: "Bizim gənclər həqiqətən də Azərbaycanın firavan gələcəyinə inanırlar".

Son xəbərlər

Orphus sistemi