Nazim İbrahimov: "Xarici ölkələrdə yaşayan azərbaycanlılar fəal olmalıdır"

Nazim İbrahimov: "Xarici ölkələrdə yaşayan azərbaycanlılar fəal olmalıdır" Komitə sədri: “Yaxın beş ildə Azərbaycan diaspor təşkilatları daha da irəli gedəcək"
Daxili siyasət
3 İyun , 2016 15:45
Nazim İbrahimov: Xarici ölkələrdə yaşayan azərbaycanlılar fəal olmalıdır

Bakı. 3 iyun. REPORT.AZ/ “Yaxın beş ildə Azərbaycan diaspor təşkilatları daha da irəli gedəcək". 

Bunu "Report"un sualına cavabında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. 

Onun sözlərinə görə, dövlət diaspor işinə xüsusi nəzarət edir: "Xarici kütləvi informasiya vasitələrində çalışan erməni əsilli jurnalistlər, Ermənistana yaxın insanların sayı çoxdur. Azərbaycanlılar isə azlıq təşkil edirlər”. 

Komitə sədri deyib ki, ermənilər lobbiçilik siyasətinə yüz il öncədən başlayıblar: "Biz 2001-ci ildən aktiv fəaliyyət göstəririk. Zamanla bunun öhdəsindən gələcəyik, həmin gün uzaqda deyil. Bunun üçün xarici ölkələrdə yaşayan azərbaycanlılar fəal olmalıdırlar. Onların fəaliyyətlərinə biz də dəstək versək, nəticə əldə edəcəyik”.

Son xəbərlər

Orphus sistemi