Naxçıvanın təhsil naziri vəzifəsindən azad edilib

Naxçıvanın təhsil naziri vəzifəsindən azad edilib Bakı. 7 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Daxili siyasət
7 İyul , 2018 22:25
Naxçıvanın təhsil naziri vəzifəsindən azad edilib

Bakı. 7 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".

Son xəbərlər

Orphus sistemi