Naxçıvanın ombudsmanı media nümayəndələri ilə görüşüb

Naxçıvanın ombudsmanı media nümayəndələri ilə görüşüb Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb
Daxili siyasət
6 Fevral , 2023 19:22
Naxçıvanın ombudsmanı media nümayəndələri ilə görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının, Naxçıvan teleradiosunun, "Şərq qapısı” qəzeti redaksiyasının, "Nuhçıxan” İnformasiya Agentliyinin və muxtar respublikada fəaliyyət göstərən digər televiziya və informasiya agentliklərinin nümayəndələri iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva çıxış edərək Ombudsman tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması məsələlərindən bəhs edib.

Təbdirdə iştirak edən media nümayəndələri ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, informasiya sahiblərinin bu istiqamətdəki vəzifələri, informasiya sorğularının icrası barədə məlumatlandırılıblar.

Diskussiya formatında keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi