Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanıb Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Daxili siyasət
12 Oktyabr , 2021 04:53
Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 863 müraciət daxil olub. Həmin müraciətlərdən 398-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda olduğu yer üzrə qeydiyyatla bağlı 465 müraciət qeydə alınaraq icrası təmin olunub, müraciətlərdən 170-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Son xəbərlər

Orphus sistemi