​Naxçıvanda qadın nazir təyinatı olub

​Naxçıvanda qadın nazir təyinatı olub Əvvəlki nazir keçən ay vəzifəsindən azad edilib
Daxili siyasət
2 Sentyabr , 2015 10:50
​Naxçıvanda qadın nazir təyinatı olub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.

N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi