Naxçıvanda fəal gənclər mükafatlandırılıb

Naxçıvanda fəal gənclər mükafatlandırılıb Bu gün “Naxçıvan Saray”da 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib, fəal gənclər mükafatlandırılıb.
Daxili siyasət
2 Fevral , 2023 21:57
Naxçıvanda fəal gənclər mükafatlandırılıb

Bu gün “Naxçıvan Saray”da 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib, fəal gənclər mükafatlandırılıb.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gəncləri təbrik edərək bildiriblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edilib ki, istər torpaqlarımızın müdafiəsində və müstəqillik uğrunda mübarizədə, istərsə də ölkəmizin bütün sahələrində beynəlxalq miqyasda tanınmasında gənclərimizin rolu əvəzsiz və danılmazdır.

Tədbirdə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclər mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi