Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis əvəzi təyin edilib

Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis əvəzi təyin edilib Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.
Daxili siyasət
1 Mart , 2024 11:25
Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis əvəzi təyin edilib

Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, eyni zamanda müvəqqəti olaraq Dövlət Xidmətinin rəisi səlahiyyətlərini yerinə yetirəcək.

S.Cəfərov bu gün Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir çərçivəsində kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub.

O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində çalışıb.

Qeyd edək ki, Dövlət Xidmətinin əvvəlki rəisi Bəxtiyar İsmayılov fevralın 29-da işdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi